"Eurovision 2011" qalibi Nigar Camal "Tezdən oyan" verilişinin qonağı olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni haqqında yayılan dedi-qodulardan bəhs edib:
"Eldar Qasımovla duet oxudum, dedilər, sevgiliyik. Hətta Miri Yusiflə, Dima Bilanla, Berksanla işbirliyindən sonra da belə dedi-qodular çıxmışdı. Ona görə də belə xəbərlərə önəm vermirəm. Qadınla kişi dostluğuna birmənalı yanaşmıram. Əgər qadın çirkindirsə, oğlanla dostluğu alınacaq. Amma qadın gözəldirsə, bu alınmaz".
N.Camal yaradıcılığından da danışıb:
"Londona övladlarıma görə gedib-gəlirəm. Orada təhsil alırlar. Yaradıcılıq işlərim isə Türkiyədə və Bakıdadır. Yeni mahnılarım var".
Milli.Az