Müğənni-bəstəkar Emin “ZR AWARDS 2014”ün namizədlərindən biridir.

Axşam.az-ın məlumatına görə, Emin “İlin müğənnisi”, “İlin dueti”, “Ən seksual kişi ifaçı” nominasiyalarında yarışır. Mükafatlandırma mərasimi fevralın 23-də Kreml sarayında baş tutacaq. Gecədə eyni zamanda müsabiqənin 40 illik yubileyi qeyd olunacaq. Yarışmada ümumilikdə 20 nominasiya var.

Eminlə yanaşı, nominantlar arasında Dima Bilan, Natali, Maksim, Sati Kazanova, Svetlana Loboda, İrina Alleqrova və başqaları yer alıblar.

Səs vermək üçün bu linkə daxil ola bilərsiniz: http://www.mk.ru/zd-awards-2014/