Eurovision 2011" mahnı yarışmasının iştirakçısı Sultan Rusiyanın tanınmış musiqi şirkəti ilə əməkdaşlığa başlayıb.

Metbuat.az-in məlumatına görə, müğənni "YouTube" kanalının daxilində fəaliyyət göstərən və Rusiyanın ən böyük musiqi kanallarından hesab olunan “ELLO ELLO” ilə iş birliyinə başlayıb. İfaçının yeni “Я не сдался” (Təslim olmadım) klipi sözügedən kanalda təqdim olunub. Moskvada çəkilən klipi rejissor Anar Abbasov ərsəyə gətirib. Mahnının söz və musiqisi isə Darya Bilkoya məxsusdur.

Qeyd edək ki, kanalda Rusiyanın və Ukraynanın tanınmış ifaçılarının klipləri yerləşdirilir. Ancaq bu, ifaçının razılığı ilə həyata keçirilir və bunun üçün xüsusi müqavilə imzalanır. Kanalda Dan Balan, Nüşa, Vera Brejneva, Dima Bilan, Fillip Kirkorov, Ani Lorak, Valeriy Meladze və digər tanınmış ifaçıların klipləri nümayiş olunur.

“ELLO ELLO” tez bir zamanda kifayət qədər istifadəçi toplayıb və yüksək baxış sayı qazanıb. Kanal dünyanın ən böyük musiqi şirkətlərindən olan Universal Music, Warner Music Russia və Velvet Musiclə əməkdaşlıq edir.

​Sultanın klipi dünyaca məşhur "YouTube" kanalında (Foto+Video)