Hazırda "Delhi Dynamos" klubunu çalışdıran Roberto Karlos bir müddət sonra MLS-də görünə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı mütəxəssis 2018-ci ildən əsas liqada iştirak edəcək "Miami"nin baş məşqçi ola bilər. Karlosun eks komanda yoldaşı Devid Bekhem səhmlərinin bir hissəsinə sahib olduğu klubda ona iş təklif edib. Şimali Amerikada işləmək 2002-ci ilin dünya çempionuna maraqlı gəlib. Bundan əvvəl Florentino Perez Karlosu "Real"ın akademiyasında çalışmağa dəvət etmişdi. Onun əsas komandanın məşqçilər korpusuna daxil olmasını isə Zidan istəməmişdi.

Milli.Az