AÇ-2016-da İspaniyaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra sosial şəbəkələrdə Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin ailəsini 21 nəfər təhqir edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna görə də Fatih Terim və ailəsi vəkilləri Rza Epözdəmirin vasitəsi ilə İstanbul məhkəməsinə şikayət ərizəsi təqdim ediblər. Onlar müraciətdə təhqir edən şəxslərin cəzalandırılmasını tələb ediblər.
Qeyd edək ki, İspaniya - Türkiyə (3:0) matçından sonra Fatih Terimin qızı - Buse Terimi bəzi azarkeşlər "instagram" və "twitter" sosial şəbəkələrində ağır şəkildə söymüşdülər.
Milli.Az