Rihanna konsertlərində fanatlarının "Pokemon" oynamasına sərt reaksiya verib.
Milli.Az axar.az-a istinadən bildirir ki, Fransanın Lille şəhərində konsert verən sənətçi son zamanların favorit oyunu "Pokemon Qo"nu nəzərdə tutaraq sərt çıxış edib:
"Bir də sizi bu oyunu oynayarkən görməyim! Sizi konsert zamanı sevgililərinizə mesaj yazarkən və "Pokemon" oynayarkən görmək istəmirəm..."
Onun reaksiyası böyük alqışla qarşılanıb.
Milli.Az