Türkiyənin məşhur aktrisası Beren Saat hamilə qalmaq üçün Amerikaya müalicəyə gedib.
Milli.Az lent.az-a istinadən bildirir ki, Beren rol aldığı "Mühteşem Yüzyıl Kösem" filminin çəkilişləri bitdikdən sonra həyat yoldaşı, ifaçı Kənan Doğulu ilə birgə Los Ancelesə gedib.
"Demokratiya və Şəhidlər" mitinqinə qatılan Kənan Doğulunun yanında görünməyən Berenin hazırda Los Ancelesdə olduğu və süni mayalanma üçün xəstəxanaya müraciət etdiyi bildirilir.
Hətta Berenin övladını xaricdə dünyaya gətirəcəyi və ikili vətəndaşlıq alacağı haqda da fikirlər söylənilir.
Milli.Az