Rio Olimpiadasının növbəti günü arxada qalıb. Apasport.az saytının məlumatına görə, medal siyahısında ABŞ yığmasının liderliyi davam edir.
Ümumiyyətlə, ötən günlə müqayisədə ilk 3-lükdə dəyişiklik olmayıb. Çin və Böyük Britaniya amerikalıları izləməyə davam edirlər.
Azərbaycan yığması isə aktivindəki iki gümüş medalla İndoneziya və Keniya ilə birlikdə 46-48-ci yerləri bölüşür.