Rio-2016: Yamaykalı Ömər Makleod 110 m. məsafəyə maneəli qaçışda birinci olub
Paylaş
84 baxış·1 dəq oxu
Bakı. 17 avqust. REPORT.AZ/ Yamaykalı Ömər Makleod Yay Olimpiya Oyunları çərçivəsində 110 metr məsafəyə maneəli qaçış yarışında qızıl medal qazanıb. "Report" xəbər verir ki, onun nəticəsi 13,05 saniyə olub. Yarışda ikinci yeri ispaniyalı Orlando Orteqa (13,17), üçüncü yeri isə fransalı Dimitri Basku (13,24) tutub.