"Report"un məlumatına görə, R.Quliyev 200 metr məsafəyə qaçışda öz gücünü göstərib.
İlk olaraq yarımfinala yüksələn atlet 20.09 saniyə ilə finala yüksəlməyi bacarıb. Quliyevin finaldakı rəqibləri sırasında yamaykalı sprinter Useyn Bolt da yer alıb.
Qeyd edək ki, final yarışı avqustun 19-da Bakı vaxtı ilə saat 05:30-da olacaq.