Arda Turanın yenidən Türkiyə millisinə dəvət alması mümkündür. Bunun üçün Fatih Terimlə arasında münasibətdə soyuqluq aradan qaldırılmalıdır. Goal.az xəbər verir ki, Türkiyə Klublar Birliyinin sədri Göksel Gümüşdağ bu məsələ barədə danışıb.
"Fatih Terim köhnə dostumdur. Ardanı dəvət etməyibsə, səbəbləri var. Amma bu gün Arda xaricdə türk futbolunun imicini formalaşdırır. Terim "Milan"da bizi necə qürurlandırdısa, futbolçumuz da o missiyanı yerinə yetirir. Terimlə bu məsələyə görə danışmamışam. Arda səhv edibsə də, bunları unuda bilərlər".
Milli.Az