"Terim getməyincə Arda..."

"Terim getməyincə Arda..."
18:05 2 Oktyabr 2016
121 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya mətbuatı "Barselona"nın futbolçusu Arda Turanın milliyə dəvət edilməsinə münasibət bildirib.

Bir çox idman qəzeti Ardanı DÇ-2018-in Ukrayna və İslandiya ilə seçmə oyunlarına çağırmamasına görə baş məşqçi Fatih Terimi tənqid edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ölkənin əsas idman nəşrlərindən olan "Marca" qəzeti isə bu barədə yazıb: "Arda Barselona"ya transferindən sonra ən yaxşı dövrünü keçirir. Buna baxmayaraq, Fatih Terim ona ehtiyac duymadı. O, ardıcıl ikinci dəfə milliyə çağırılmadı".

"El Mundo Deportivo": "Arda ən formada olduğu dönəmdə milliyə çağırılmadı. Ümumiyyətlə, Terim millidə olduğu müddətdə Ardanın milli komandaya dəvət edilməsi ehtimalı azdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR