Burak Yılmazdan Fatih Terimə mesaj: "Danışacam"

Burak Yılmazdan Fatih Terimə mesaj:   "Danışacam"
20:27 3 Oktyabr 2016
93 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın "Antalyaspor"la oyununu izləmək üçün İstanbula gələn Burak Yılmaz yerli mətbuata müsahibə verib. Fanat.Az xəbər verir ki, Çinin "Pekin Quan" klubunda çıxış edən futbolçu milli komandaya çağrılmamasından danışıb.

"Bura komandanı dəstəkləmək üçün gəlmişəm. Dostlarıma görə burdayam. İndi milli komandada bizim dostlaramız oynayır. Bu anda danışmaq doğru olmaz. Onları pis vəziyyətdə qoymaq bizə yaraşmaz. Onsuz da Arda Turan lazım olan hər şeyi deyib.

Qarşıda iki önəmli matçımız var. İndi danışmağım doğru olmaz. Bu o demək deyil ki, danışmayacam. Yeri və zamanı gələndə danışam. Orda olub-olmamaq önəmli deyil. Önəmli olan dəstəkləməkdi.

Milli komandaya uğurlar arzulayıram. Baş verənlərin səbəbi əsla pul davası deyil. Mən mükafat almadım düzdü, amma bir dəfə belə bu ağzımdan çıxmadı. Arda da etməyib. Zamanı gələndə hər şeyi ən xırda detallara qədər anladacam. İndi isə yeri və zamanı deyil.

Milli komanda şərəfdi, namusdu. Milli komandada pul müzakirə mövzusu olmamalıdı, kəliməsi belə çəkilməməlidi. Mən bu günədək danışmamışam. Arda da mənimlə bağlı olan məsələləri deməyib. Mən hər zaman milli komanda üçün hazıram".

Qeyd edək ki, Fatih Terim Avropa çempionatından sonra Arda Turan, Burak Yılmaz, Selcuk İnan və Gökhan Gönülü milliyə çağırmayıb.

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-burak-ylmazdan-fatih-terim-mesaj-t53063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR