DÇ-2018-in seçmə mərhələsi: İtaliya İspaniya ilə qarşılaşacaq

DÇ-2018-in seçmə mərhələsi: İtaliya İspaniya ilə qarşılaşacaq
06:57 6 Oktyabr 2016
157 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsinin II turunun oyunları keçiriləcək.
"Report"un məlumatına görə, cümə axşamı "D", "G" və "İ" qruplarında ümumilkdə 9 qarşılaşma olacaq.
Azərbaycanlı futbol azarkeşlərinin maraqla gözlədiyi oyunlardan biri "İ" qrupunda - Türkiyə və Ukrayna arasında keçiriləcək. Qrupda yer alan komandaların hamısının aktivində 1 xal olduğundan, Fatih Terimin komandası qələbə qazanacağı təqdirdə mövqeyini yaxşılaşdırmaq şansı əldə edəcək.
Gecənin digər maraqlı görüşü isə "G" qrupunda olacaq. Bu qrupun əsas oyununda İtaliya yığması İspaniyanı sınağa çəkəcək. Hər iki komanda ilk görüşdə qələbə qazanıb. Növbəti 3 xal komandanın yüksək pillələrdə qərarlaşmasına kömək edəcək.
Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur
6 oktyabr
"D" qrupu
22:45. Avstriya - Uels
Vyana. Ernst Happel stadionu
22:45. İrlandiya - Gürcüstan
Dublin. Aviva Stadionu
22:45. Moldova - Serbiya
Kişinyov. Zimbru Stadionu
Qrupda vəziyyət: Uels - 3. Avstriya - 3. İrlandiya - 1. Serbiya - 1. Gürcüstan - 0. Moldova - 0.
"G" qrupu
22:45. İtaliya - İspaniya
Turin. "Yuventus" Stadionu
22:45. Makedoniya - İsrail
Skopye. Filip II Makedoniski adına milli stadion
22:45. Lixtenşteyn - Albaniya
Vadus. Reynpark Stadionu
Qrupda vəziyyət: İspaniya - 3. İtaliya - 3. Albaniya - 3. Makedoniya - 0. İsrail - 0. Lixtenşteyn - 0.
"İ" qrupu
22:45. Kosova - Xorvatiya
Şkoder. Lore Boruçi Stadionu
22:45. İslandiya - Finlandiya
Reykyavik. Lauqardalsvyollur
22:45. Türkiyə - Ukrayna
Konya. Konya Büyükşehir Bələdiyyəsi Stadionu
Qrupda vəziyyət: Xorvatiya - 1. Ukrayna - 1. Finlandiya - 1. İslandiya - 1. Kosova - 1. Türkiyə - 1.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/dc-2018-in-secme-merhelesi-i-taliya-i-spaniya-ile-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR