Türkiyə yığması Ukrayna millisi ilə evdə əzmkar heç-heçə edib

Türkiyə yığması Ukrayna millisi ilə evdə əzmkar heç-heçə edib
01:22 7 Oktyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə qrup mərhələsinin II turunun oyunlarına start verilib. 
"Report"un məlumatına görə, gecədə 9 görüş baş tutub.
Azarkeşlər D, G və İ qruplarında yer alan komandaların oyununu izləyiblər. Azərbaycanlı futbol azarkeşləri üçün daha çox maraqlı olan oyun İ qrupunda olub. Türkiyə doğma azarkeşlər önündə Ukrayna ilə münasibətlərinə aydınlıq gətirib. Hər 2 yığmanın ilk turda olduğu kimi, öz aralarındakı görüşü də heç-heçə nəticələnib. Türklər hesabda 2 top geridə olsalar da, əzmkarlıq nümayiş etdirərək bərabərliyə nail ola biliblər.
Fatih Terimin komandasının növbəti turda qonağı olacağı İslandiya isə Finlandiya ilə ev matçında əzmkar qələbə qazana bilib. İslandlar 90-cı dəqiqədə bərabəlik qoluna, 6-cı uzatma dəqiqəsində qələbə topuna imza atıblar.
Gecənin digər maraqlı görüşü isə G qrupunda olub. Bu qrupun əsas oyununda İtaliya yığması İspaniyanı sınağa çəkib. Matçda qalib müəyyənləşməyib.
Ümumiyyətlə, gün daha çox qonaqlar üçün uğurlu alınıb. Ən məhsuldar matç isə Kosovoda olub. Xorvatiya debütantı onun meydanında 6 cavabsız qolla məğlub edib. Qələbədə het-trik edən hücumçu Mario Mancukiç əsas pay sahibi olub.
Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur
6 oktyabr
D qrupu
22:45. Avstriya - Uels - 2:2
Qollar: Marko Arnautoviç, 28, 48 - Jon Allen, 23, Kevin Vimmer, 45+1-öz qapısına
Vyana. Ernst Happel stadionu
22:45. İrlandiya - Gürcüstan - 1:0
Qol: Semus Koleman, 56
Dublin. Aviva Stadionu
22:45. Moldova - Serbiya - 0:3
Qollar: Filip Kostiç, 20, Branislav İvanoviç, 37, Duşan Tadiç, 60
Kişinyov. Zimbru Stadionu
Xal durumu: Uels - 4. Serbiya - 4. Avstriya - 4. İrlandiya - 4. Gürcüstan - 0. Moldova - 0.
G qrupu
22:45. İtaliya - İspaniya - 1:1
Qollar: Daniele DE Rossi, 82-pen - Viktor Vitolo, 55
Turin. "Yuventus" Stadionu
22:45. Makedoniya - İsrail - 1:2
Qollar: İliya Nestorovski, 63 - Tomer Hemed, 25, Tel Ben Haim II, 43
Qırmızı vərəqə: Eytan Tibi, 90+4 (ikinci sarı)
90+5-ci dəqiqədə Adis Yahoviç (Makedoniya) penaltidən dəqiq istifadə edə bilməyib.
Skopye. Filip II Makedoniski adına milli stadion
22:45. Lixtenşteyn - Albaniya - 0:2
Qolıar: Jahmir Huka, 9, Bekim Balaj, 71
Vadus. Reynpark Stadionu
Xal durumu: Albaniya - 6, İspaniya - 4. İtaliya - 4. İsrail - 3. Makedoniya - 0. Lixtenşteyn - 0.
İ qrupu
22:45. Kosova - Xorvatiya - 0:6
Qol: Mario Mancukiç, 6, 24, 35, Matey Mitroviç, 65, İvan Perişiç, 83, Nikola Kaliniç, 90+2
Şkoder. Lore Boruçi Stadionu
22:45. İslandiya - Finlandiya - 3:2
Qollar: Kari Arnason, 37, Alfred Finnboqason, 90, Raqnar Siqurdsson, 90+3 - Teemu Pukki, 21, Robin Lod, 39
Reykyavik. Lauqardalsvyollur
22:45. Türkiyə - Ukrayna - 2:2
Qollar: Ozan Tufan, 45+1, Hakan Çalhanoğlu, 81-pen - Andrey Yarmolenko, 24, Artyom Kravets, 27
Konya. Konya Büyükşehir Belediyyesi Stadionu
Xal durumu: Xorvatiya - 4. İslandiya - 4, Tükiyə - 2. Ukrayna - 2. Finlandiya - 1. Kosova - 1.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/turkiye-yigmasi-ukrayna-millisi-ile-evde-ezmkar-hec-hece-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR