"O, istedadlı futbolçudu, amma axmaqdı"

"O, istedadlı futbolçudu, amma axmaqdı"
09:37 9 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

"Bruma istedadlı futbolçudu, amma axmaqdı". Fanat.Az xəbər verir ki, bu sözlər italyan mütəxəssis Cesare Prandelliyə məxsusdu.


Bruma "Qalatasaray"a Fatih Terimin istəyi ilə transfer olunmuş, amma nə onun, nə Roberto Mançininin. nə də Cesare Prandellinin vaxtında özünü göstərə bilmişdi. Ötən mövsüm "Real Sosyedad"da icarə əsasında çıxış edən portuqaliyalı "Qalatasaray"a qayıtdıqdansonra sərgilədiyi oyunla təqdir qazanır.


Türkiyə mətbuatının məlumatına görə, Cesare Prandelli Bruma rəhbərliyi altında oynadığı zaman köməkçiləriilə söhbətində bu sözləri deyib: "Bruma böyük istedada sahib oyunçudu, amma axmaqdı, beynini işlədə bilmir. Oyun zəkası yoxdu və komanda oyununa uyğunlaşa bilmir. Bu problemləri aradan qaldırsa, dünyanın ən yaxşılarından biri ola bilər".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quoto-istedadl-futbolcudu-amma-axmaqdquot-t53194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR