Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Belə şey olmaz, Fatih Terim..."

"Belə şey olmaz, Fatih Terim..."

Date: 10 October 2016 20:57

Türkiyə mediası Arda Turanı milliyə dəvət etmədiyinə görə baş məşqçi Fateh Terimi sərt tənqid edib.

Goal.az-ın məlumatına görə, NTV Spor kanalının aparıcısı Mehmet Dəmirkol Terimin kapriz komandası yaratdığını deyib: "Bu sadəcə Fatih Terimin kapriz komandasıdır. Onun meydana çıxartdığı 11-lik bundan başqa bir şey deyil. Bütün oyunçularımızın vurduğu qol Ardanın təkbaşına vurduğu qolların 2 qatı sadəcə. Fatih Terim futbolun içındə deyil, çölündə kapriz aparan məşqçidir, millini də öz kaprizi ilə qurur. İslandiyanı məğlub edə bilərdik. Emrənin etdiyini oyunun sonunacan edə bilsəydik, qalib gələrdik. Dünyanın ən bahalı baş məşqçisi bunu bilməliydi. Məşqçinin köməkçiləri kimdir - bilinmir. Oyuna kimin çıxacağı da bilinmir. Belə şey olmaz..."

Milli.Az


Tags:  Belə şey olmaz Fatih Terim

RƏYLƏR


Top news