Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Türkiyə Futbol Federasiyası: "Terimin arxasındayıq”

Türkiyə Futbol Federasiyası: "Terimin arxasındayıq”

Date: 11 October 2016 18:37

Türkiyə milli komandası yayda Fransada təşkil olunan Avropa çempionatından sonra hazırda davam edən DÇ-2018-in seçmə mərhələsində də uğursuz çıxış edir. İslandiya millisindən alınan məlubiyyət futbol ictimaiyyəti ilə yanaşı azarkeşləıri də ayağa qaldırıb. Hər kəs günahı Fatih Terimdə görür və onun istefasını tələb edirlər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının sədr müavini Sərvət Yardımçı açıqlamasında Fatih Terimin göndərilməyəcəyini bildirib: 

"Türkiyə Futbol Federasiyası olaraq sona qədər Fatih Terimin arxasındayıq. 

Ancaq Sərvət Yardımçı mütəxəssisin istefasının gündəmdə olmadığını deyib: "Məncə, Fatih Terimin üzərinə çox gedirik. Çox danışıldı, ancaq bundan sonra danışmaq lazım deyil. İndi edəcək bir şey yoxdu. Baş məşqçi tam gücünü oyunlara sərf etmişdi. Sabah növbəti görüşümüz olacaq və danışacağıq. Onun istefası gündəmdə deyil. Dediyim kimi, sonuna qədər Terimin arxasındayıq".

Milli.Az


Tags:  Türkiyə Futbol Federasiyası Terimin arxasındayıq

RƏYLƏR


Top news