Arda Turan son sözünü dedi: “Mənim üçün Fatih Terim bitdi”

Arda Turan son sözünü dedi: “Mənim üçün Fatih Terim bitdi”
13:38 12 Oktyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə millisinin baş məşqçisi Fatih Terim ilə futbolçu Arda Turan arasında gərginlik davam edir.

Publika.az xəbər verir ki, böyükdən kiçiyə hər kəsin diqqət mərkəzində olan bu qalmaqalda yeni faktlar üzə çıxıb. Məlum olub ki, qarşıdurmanın başlanğıcı AÇ-2016-dan da əvvələ gedib çıxır. Komandanın AÇ-2016-ya hazırlaşdığı Antalya təlim-məşq toplanışı zamanı Ardayla Fatih Terim arasında taktika məsələsi ilə bağlı mübahisə yaşanıb. Məsələyə köməkçi-məşqçi Metin Tümər, sonradan Burak Yılmaz da qoşulub.

F.Terimin köməkçilərindən olan Bülent Bayraktar A.Turanı sakitləşdirmək üçün futbolçuya deyib: "Narahat olma, sizi barışdıracağam". A.Turan isə cavabında deyib: "Mənim üçün Fatih Terim bitdi. Bundan sonra onunla barışmağım mümkün deyil".

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/171883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR