Arda Turanın Türkiyə yığmasına çağırılmamasının səbəbi məlum olub

Arda Turanın Türkiyə yığmasına çağırılmamasının səbəbi məlum olub
14:12 12 Oktyabr 2016
87 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Türkiyə yığmasında baş məşqçi Fatih Terimin futbolçu Arda Turanı heyətə çağırmamasının səbəbi məlum olub. 
"Report"un məlumatına görə, tərəflərlər arasında bir müddət əvvəl ciddi münaqişə yaşanıb.
Yığmanın Antalya toplanışı zamanı futbolçular və baş məşqçi müzakirələr üçün bir araya gəlib. Terim lövhədə bəzi taktikalar haqda məlumat verərkən Arda ayağa qalxaraq baş məşqçinin taktikalarına qarşı öz fikirlərini bildirib. Bu isə Terimin əsəbləşməsinə səbəb olub. Yarımmüdafiəçi Terimin əsəbləşdiyini görərək, "Biz "Barselona"da Luis Enrike ilə də fikir mübadiləsi aparırıq, burada da olsa, nə olacaq?" deyib. Əlindəki qələmi yerə ataraq buna sərt reaksiya verib. Arda isə öz növbəsində "Artıq əvvəlki Arda deyilik, böyümüşük" deyib.
Bundan sonra futbolçunun bu cür danışığından qıcıqlanan imperator futbolçuya xəbərdarlıq edib: "Sən baş məşqçi ilə necə danışırsan? Özünə gəl!"
Mübahisə edən tərəflərin səsi bütün otağa yayıldıqdan sonra Burak Yılmaz da daxil olmaqla ətrafdakılar müdaxilə edib. Futbolçular iclasdan sonra bir araya gələrək bu söhbətin kənara çıxmaması ilə bağlı bir-birlərinə söz veriblər.
Qeyd edək ki, baş məşqçi Fatih Terim Arda Turan da daxil olmaqla komandanın bir neçə aparıcı üzvünü yığmanın oyunlarına çağırmır.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/arda-turanin-turkiye-yigmasina-cagirilmama-sebebi-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR