Iki il boyunca məşhurların şəxsi kompüterlərindən və telefonlarından çılpaq fotolarını, videolarını oğurlayan Rayan Kollins həbs olunub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, lakin həmin fotoları yaydığına dair sübut tapılmadığı üçün təkcə oğurluq ittihamı ilə cəzalandırılıb.
Kollins ulduzlara saxta elektron məktub göndərərək onların şifrələrini əldə edirmiş. Onun 5 il həbsi və 250 min dollar cərimə ödəməsi istənilsə də, sonda 18 ay həbs cəzası alıb.
Qeyd edək ki, R.Kollins Rihanna, Cennifer Lourens, Keyt Apton kimi məşhurların çılpaq fotolarını yaymışdı.
Milli.Az