Türkiyə ilk qələbəsini qazandı - VİDEO

Türkiyə ilk qələbəsini qazandı -   VİDEO
23:47 12 Noyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə millisi "DÇ-2018"in seçmə mərhələsində növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, "ay-ulduzlular" Antalyada Kosovanı qəbul edib.

Oyun Türkiyənin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 51-ci dəqiqədə Burak Yılmaz açıb. 4 dəqiqə sonra isə onun ötürməsini Volkan Şen qola çevirib.

Bu Türkiyənin qrupdakı ilk qələbəsi olub. Bundan əvvəl keçirdiyi 3 oyunda 2 xal qazanan "ay-ulduzlular" 5 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, Fatih Terim yenidən yığmaya dəvət etdiyi Arda Turan, Səlcuk İnan, Burak Yılmaz və Gökhan Gönülü start heyətində meydana buraxaraq 90 dəqiqə oynadıb. Burak 1 qol vurub və 1 qol ötürməsi veribsə, Arda yenidən kapitan sarğısını daşıyıb.


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turkiy-ilk-qlbsini-qazand-t54104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR