Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Arda Turan: ""Gəl" deyirlərsə, gəlirəm"

Arda Turan: ""Gəl" deyirlərsə, gəlirəm"

Date: 13 November 2016 13:05

Türkiyə millisi DÇ-2018-in seçmə mərhələsində Kosovo ilə keçirdiyi oyunda cari təsnifat mərhələsində ilk qələbəsini qazanıb - 2:0. Oyundan sonra komandanın kapitanı Arda Turan fikirlərini yerli media ilə bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bunları deyib:

"Çox yaxşı oynamasaq da, lazım olanı aldıq. Marta qədər vaxtımız var, sonra Dünya çempionatına vəsiqə qazana bilərik. Bizə yaraşan şəkildə oynayacağıq. Kosovo bir çox rəqiblərdən xal ala bilər. Mən də tələb olunanları etdim. Çox yaxşı oynamadım. Amma hesabda rolum olduğunu düşünürəm. Bu formanı şərəflə daışımışam. "Gəl" deyirlərsə, gəlirəm".

Ardanın son cümləsi müəyyən müzakirələrə səbəb olub. Belə ki, onun özünün baş məşqçi Fatih Terimlə əlaqə saxladığı və bundan sonra millinin düşərgəsinə çağırıldığı deyilirdi.

Milli.Az


Tags:  Arda Turan deyirlərsə gəlirəm

RƏYLƏR


Top news