Terim-Arda davası parlamentdə

Terim-Arda davası parlamentdə
15:27 17 Noyabr 2016
97 İdman
Ölkə mətbuatı
A- A+

Fatih Terimlə futbolçular arasında yaranmış gərginlik Türkiyə Böyük Millət Məclisinə də gedib. Fanat.Az xəbər verir ki, TBMM millidə baş verdiyi iddia olunan "mükafat qalmaqalı" ilə bağlı Türkiyə Futbol Federasiyasına sorğu göndərib.

TFF isə cavab olaraq bildirib ki, milli komandada "mükafat qalmaqalı" baş verməyib: "Yayılan xəbərlər doğru deyil. Mükafatlar TFF-nin İcraiyyə Komitəsində qəbul edilən büdcəyə uyğun ödənilir. TFF büdcəsi dövlət büdəcəsinə bağlı deyil".

TFF başqa bir sorğuya da cavab verib. Bildirilib ki, milli komandanın 141 milyon 176 min 76 lirə olub: "AVRO-2016"nın xərcləri milli komandanın büdcəsi və sponsorluq müqavilələri ilə ödənilib".

Qeyd edək ki, "AVRO-2016"dan sonra Fatih Terim Arda Turan, Burak Yılmaz, Səlcku İnan və Gökhan Gönülü yığmaya çağırmırdı. Bu futbolçular Kosova matçında milliyə qaytarılıb.

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-terim-arda-davas-parlamentd-t54225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR