Superliqa yenidən Lig TV-də: 600 milyon dollara

Superliqa yenidən Lig TV-də: 600 milyon dollara
14:05 21 Noyabr 2016
77 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasını və I liqasını qarşıdakı 5 ildə yayımlayacaq şirkət müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün Türkiyə Futbol Federasiyasının inzibati binasında bununla bağlı tender təşkil edilib.

Federasiya prezidenti Yıldırım Dəmirörən başda olmaqla federasiya rəsmiləri, klub nümayəndələri və milli komandanın baş məşqçisi Fatih Terimin də qatıldığı tenderdə yalnız "Digitürk" və "Turkcell" şirkətləri iştirak ediblər. Yekunda isə qalib "Digitürk" olub.
 
Qarşıdakı 5 mövsümdə (2017-18, 2018-19, 2019-20, 2020-21, 2021-22) Superliqa və I divizion qarşılaşmalarının yayım hüququna malik olan adıçəkilən şirkət bunun müqabilində 500 milyon dollar və əlavə dəyər vergisi ödəyəcək. "Digitürk"ün əlavə gəlir vergisi ilə birlikdə ümumilikdə 600 milyon dollara yaxın xərcinin çıxması gözlənilir.
 
Beləliklə, futbolsevərlər Türkiyə çempionatlarının matçlarını qarşıdakı 5 mövsümdə də Lig TV kanalından canlı izləyə biləcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR