"Qalatasaray"dan Fatih Terim bombası - ŞOK İDDİA

"Qalatasaray"dan Fatih Terim bombası -   ŞOK İDDİA
13:17 22 Noyabr 2016
83 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbaxça"ya məğlubiyyət "Qalatasaray"ın daxilində böhrana səbəb olub. Fanat.Az xəbər verir ki, Türkiyə medisı rəhbərliyin baş məşqçi Jan Olde Riekerinki istefaya göndərməyə hazırlaşdığını iddia edir.

Rəhbərliyin artıq yeni çalışdırıcı axtarışına başladığı bildirilir. Axtarışları futbol şöbəsinin rəhbəri Levent Nazifoğlu aparır. Klub prezidenti Dursun Özbekin də ona tam dəstək verdiyi deyilir.

İddialara görə, hazırda bu posta əsas namizəd 3 dəfə xilaskar olaraq komandanın başına gətirilən və "Qalatasaray"a uğurlar qazandıran Fatih Terim hesab olunur. Arda Turan, Burak Yılmaz, Səlcuk İnan və Gökhan Gönülü bir müddət yığmaya çağırmayaraq kreslosunu ciddi şəkildə laxladan 53 yaşlı mütəxəssisin millidən ayrılması gündəmə gəlib. Klub rəhbərliyi bu şansdan yararlanaraq "İmperator" ləqəbli məşqçi ilə danışıqlar masasına əyləşmək niyyətindədi.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquotdan-fatih-terim-bombas-t54347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR