"Qalatasaray" baş məşqçi ilə bağlı qərarını verdi

"Qalatasaray" baş məşqçi ilə bağlı qərarını verdi
13:52 23 Noyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" klubunun rəhbərliyi baş məşqçi Yan Olde Riekerinklə bağlı qərarını verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Fənərbağça"ya məğlubiyyətdən sonra istefaya göndərilməsi gözlənilən hollandiyalı çalışdırıcı postunda saxlanılıb.

"Qalatasaray"ın prezidenti Dursun Özbək yanvara qədər komandanı Riekerinkin çalışdırmasını məqsədəuyğun sayıb. Bu isə o deməkdir ki, 53 yaşlı məşqçi "Bursaspor"la oyun da daxil olmaqla, ilk dövrənin qalan 6 turunda da iş başında olacaq.  
 
Riekerinkin gələcək taleyi məhz qarşıdakı 6 oyundan asılıdır. Bu görüşlərdə yaxşı nəticə qeydə alınsa, hollandiyalı mütəxəssis mövsümün sonuna qədər postunda qala bilər. Əks təqdirdə isə onunla yolların ayrılacağı bildirilir.
 
Türkiyə mətbuatında Riekerinki əvəzləyə biləcək məşqçilərin sırasında daha çox Fatih Terim və İqor Tüdorun adı hallanır.
 
Qeyd edək ki, Superliqada 11 turdan sonra 20 xal toplayan "cim-bom" 5-ci pillədə qərarlaşıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR