Rusiyalı müğənni Dima Bilan qondarma "erməni soyqırımı" haqda mahnı oxuyacaq və klip çəkdirəcək.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, əsas "MosFilm" studiyasında xüsusi dekorasiya ilə çəkiləcək klipin bızi səhnələri Ermənistanın Ararat dərəsində lentə alınacaq. Klip 2017-ci ilin aprelində, "erməni soyqırımı"nın 102-ci ildönümündə təqdim oluanacaq.
D.Bilan müsahibəsində bu barədə danışarkən qeyd edib:
"Bu hadisələri mən təkcə tarix kitablarından deyil, ailəmdən öyrənmişəm. Mənim ana tərəfdən ulu nənəm Şuşan Tiqranova Kruni bu hadisələr zamanı canını güclə qurtarıb. Onu rus hərbiçilər xilas ediblər. O zaman onun 13 yaşı var idi... Anam həmişə deyir ki, ulu nənəm ölənə qədər qohumlarını axtarıb".
Qeyd edək ki, D.Bilan bu il İrəvandakı konsertində "qondarma soyqırım qurbanlarını" anmışdı.