Prodüser Tarix Əliyev Dima Bilanın qondarma "erməni soyqırımı" haqqında mahnı oxumasına öz etirazını bildirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, prodüser sosial şəbəkədə rusiyalı müğənninin klip və mahnılarını boykot etməyə çağırıb: "Sonra da belələrini Bakıya gətirib konsert veririk. Bax elə bu günlərdə gərək bunu və bunun kimilərini XİN "qara siyahı"ya salsın və ölkəyə gəlməsini qadağan etsin. İndi Yeni İldə hansısa restoran bunu da gətirib, cibinə pul qoyub, yola salacaq. Həm bizim ölkə, həm də Türkiyə gərək bunun kimilərə həddini bildirsin. Radiolar, bunun mahnılarını verməməlidir. Klipləri göstərilməməlidir Bəsdir, düşmənimizi ölkəmizdə reklam elədik".

Qeyd edək ki, qafqaz.info-nun Rusiya KİV-nə istinadən yaydığı məlumata görə, məşhur rusiyalı müğənni Dima Bilan qondarma "erməni soyqırımı"nın ildönümünə həsr olunan klip və mahnı hazırlayır.

Çəkilişin bir hissəsi Ermənistan ərazisində, digər hissəsi "Mosfilm" şirkətinin xüsusi dekorasiyalı pavilyonunda baş tutacaq.

"Özümün ulu nənəm Şuşan Kruni 13 yaşında ölümdən xilas olub. Onu Türkiyədən qaçan ruslar xilas edib. Amma o, mən doğulmamışdan öncə ölüb. Anamın sözlərinə görə, ulu nənəm son nəfəsinə kimi qohumlarını axtarıb" - deyə Dima Bilan Muz TV-yə açıqlamasında bildirib.

Klip gələn ilin aprel ayında təqdim olunacaq.

Milli.Az