"Düşünürəm ki, bir şirkət mənə təklif etsə, məndən Rihanna, Beyons edəcək, ancaq ailə həyatı qurmayım, əlbəttə, birinci düşünərəm, son cavabım isə ailə qurmaq olar. Analizlərimin nəticəsi olaraq belə düşünürəm. İnsanların əksəriyyəti müğənnilərə yaxşı baxmır. Sənətçiləri yox, insanların baxış tərzini pisləyirəm. Bu sənətə pis baxmaq düzgün deyil. Müğənnilərin bəziləri yanlış hərəkət edirlər, özlərini düzgün aparmırlar".
Lent.az-ın "qafqazinfo"ya istinadən məlumatına görə, bu sözləri Mina ləqəbi ilə tanınan gənc müğənni Nərminə Hüseynova deyib. Müğənni bildirib ki, əvvəllər oxuduğu mahnılara baxanda utanır: "Bunu yaşımla əlqələndirirəm. Kliplərim var ki, indi baxanda utanıram. Hər kəsin başına belə şey gələ bilər. Bəzən insan uşaqlıq fotolarına baxanda belə utanır. Kimsə klipə baxanda deyirəm ki, bağlayın, görmək istəmirəm".
Mina müsahibədə maraqlı açıqlama ilə də yadda qalıb: "Çirkin yollarla özümə ad qazanmaq istəmirəm. İstəmirəm ki, hansısa deputat məni “saxlasın”. Öz gücümlə işlərimi görmək niyyətindəyəm. Yəni şou proqrama gedərəm, 50 manat qazanaram, onları yığıb işimi görərəm. Bunlar alınmasa, deməli, alın yazımda bu sənətlə məşğul olmaq yoxdur".
Müğənni deyib ki, üç ildir, evdədir, artıq fikirlərim dəyişib: "Qardaşım, ailəm var. Elə vaxtilə onlar da “Dur oppan” tipli mahnı oxumağımın əleyhinə idilər. Amma ailəm mənə hər zaman dəstək olub, Elnarə də onlara deyirdi ki, qoyun, oxusun. Daha böyüdüm, belə tipli mahnılar oxumağa icazə vermədilər. Ümumiyyətlə, ailə qursam, bu sənətlə məşğul olmayacağam. Ancaq evdar xanım olmaq istəyirəm. Bu sənətdən iyrənmişəm. İndi həm müğənni kimi fəaliyyət göstərmək, həm də şəxsi həyatımda irəliləmək istəyirəm. Hansı daha uğurlu olsa, seçimimi elə edəcəm".

