Müğənni Tarkan 2,3 və 5 martda ABŞ-da konsert verəcək.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Nyu-Yorkdakı "Hammerstein" konsert zalında baş tutacaq 3 günlük konsertin biletləri sürətlə satılır. Artıq martın 2-dəki konsertə bilet qalmayıb.

Biletlərin qiyməti 104-165 dollardır. Tarkanın səhnəyə çıxacağı konsert zalında daha əvvəl Cennifer Lopez , Rihanna kimi ulduzlar çıxış edib.