Yamaykalı qısa məsafəyə qaçış ustası Useyn Bolt dopinq testinin müsbət nəticə verməsi səbəbindən 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə estafet yarışlarında əldə etdiyi qızıl medalı geri qaytarmaq məcburiyyətində qalıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, idmançı məsələ ilə bağlı bunları bildirib:
"Əlbəttə ki, medalı qaytarmalı olmağım xoş deyil, lakin bu, Beynəlxalq Olimpiya Komitəsinin tələbidir. Ona görə də mən artıq medalı qaytardım".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində