"Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhem 2003-cü ildə "Real"a transferindən danışıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bekhem "qırmızı şeytanlar"ı tərk etmək fikrinin olmadığını bildirib. O, həmçinin "Barcelona" əvəzinə "Real"a transferi üstün tutduğunu da qeyd edib.
"Həyat yoldaşımla ABŞ-da idim. Dostlarımdan biri zəng edib "Yunayted"in "Barselona" ilə transferimi razılaşdırdığını dedi. Bu barədə heç nə bilmirdim. Londona uçdum və rəhbərliklə görüşməyə çalışdım. Belə məlum oldu ki, onlar, həqiqətən də, danışıqlar aparıb. Onda agentimə dedim ki, "Real Madrid"ə keçmək istəyirəm. Bir gün ərzində "Real"ın prezidenti ilə razılığa gəldik. Həmin vaxtdan 3 il müddətində "Mançester Yunayted"in oyunlarına baxmadım. Yenicə çempion olmuşduq, özümü sarılmış və məyus hiss edirdim. Şübhəsiz, karyeramı "Yunayted"də başa vurmaq istəyirdim. Bu, mənim komandamdır. Klubu tərk etmək niyyətim yox idi".
Milli.Az