Son vaxtlar adı müğənni Cennifer Lopez ilə hallanan repçi Dreyk haqqında yeni xəbər var.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 30 yaşlı repçinin hələ də keçmiş sevgilisi Rihannanı unutmadığı iddia olunur.

Belə ki, o, bu yaxınlarda Londonda keçirilən konsertlərdən birində Rihannanı səhnəyə dəvət edərkən onu “Bütün dünyanın kraliçası” adlandırıb.

“Əgər sən seksual mahnı dinləmək istəyirsənsə, o zaman Ririyə qulaq as”, - deyə Dreyk əlavə edib.

Qeyd edək ki, uzun illərdir Rihannayla sevgili olan gənc sənətçinin Cey Lo ilə münasibətləri gözlənilməz olub. Cütlüyün sosial şəbəkələrdə səmimi görüntüləri yayıldıqdan sonra Rihanna Lopezə sərt reaksiya göstərərək, onun İnstaqram profilini izləmədən çıxarıb.

Cenniferlə eşq yaşasa da, Rihannanı unutmadı