8 qat dünya çempionu Useyn Bolt 2017-ci il dünya çempionatından sonra çıxış etməyəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, yamaykalı atlet 2018-ci ildə keçiriləcək Birlik Oyunlarının təşkilatçılarından gələn dəvəti qəbul etməyib: "2018-ci ildə çıxış edə bilmək üçün əvvəlkilərdən də çox məşqə qatılmalıyam ki, qələbə şansı qazanım. Bu isə baş verməyəcək".
Atletika üzrə builki dünya çempionatı 5 - 13 avqustda Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində