"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı "Avroviziya" yarışının qalibi, məşhur müğənni Nigar Camal olub.

Müğənni, yaradıcılığı ilə bağlı yeniliklərini və eksklüziv açıqlamalarını "Şou-məkan" mikrofonuna danışaraq, çəkildiyi son klipdə başını bağlaması ilə bağlı da bəzi məqamları etiraf edib:

"Əslində klipdəki obrazım Kamilənin ideyası idi. O belə çəkmək istəyirdi. Mən istəmirdim. Düşünürdüm ki, yaxşı alınmaz. Bu, mənim stilim deyildi. Sadəcə yenilik üçün bunu etdik. Hətta klipi çəkəndə də mən razı deyildim".

Nigar "gecə yatıb, səhər durub mahnı oxuyan" ifaçıların uğur qazanmasından qorxmadığını da dilə gətirib:

"Yox. Deyirlər ki, ildə iki mahnı çıxarsam, bu mahnılar tutar. Ancaq haradan bilirsən ki, bu mahnı tutacaq, ya yox. Düşünürsən ki, mahnı keçə bilməz. Ancaq birdən partladır".

Bir müddət Röya ilə ilə duet oxuyacaqları xəbəri yayılan "Avroviziya" ulduzumuz bu mövzuya da aydınlıq gətirib:

"Problem, bilirsiz, nədədir? Yaxşı duet üçün mahnı tapmaq çətindir. Bir oğlan, bir qız olanda duet daha asan olur, nəinki iki xanım. Duet maraqlı olacaq. Bunun üçün də yaxşı mahnı lazımdır".

Müğənni Dima Bilanla duet oxuyub klip çəkdirməsinə baxmayaraq, ümumiyyətlə Rusiya şou-biznesində özünü görmədiyini bildirib:

"Mən Rusiya şou-biznesini heç sevmirəm. Bilmirəm niyə, heç xoşum gəlmir. Orada sovet ab-havası hökm sürür. Rusiyada tanınmış bir müğənni olmaq çox çətindir. Həm də bu çox zaman ala bilər".

Sonda Nigar ailəsindən söz açıb:

"Mənim əsas həyatım İngiltərədədir. Orada olanda mən sadəcə qızlarıma baxıram. Məni başqa heç nə maraqlandırmır. Ancaq sözsüz ki, işlə də məşğul olmalıyam. Ona görə də iş üçün Bakıya gəlib-gedirəm. "Avroviziya" vaxtı 3-5 yaşlarındaydılar. İndi isə 10-11 yaşlarındadırlar. Artıq böyük qızdırlar. Qız uşağı anaya daha çox dəstək olur".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Nigar Camal: "Bir oğlan, bir qız olanda asan olur, nəinki iki xanım" - VİDEO - FOTONigar Camal: "Bir oğlan, bir qız olanda asan olur, nəinki iki xanım" - VİDEO - FOTO

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Nigar Camal: "Bir oğlan, bir qız olanda asan olur, nəinki iki xanım" - VİDEO - FOTO
Nigar Camal: "Bir oğlan, bir qız olanda asan olur, nəinki iki xanım" - VİDEO - FOTO
Nigar Camal: "Bir oğlan, bir qız olanda asan olur, nəinki iki xanım" - VİDEO - FOTO