Sadəcə iki ay sevgili qaldılar

Sadəcə iki ay sevgili qaldılar
10:26 10 Fevral 2017
188 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Cennifer Lopez və həmkarı Dreyk iki aylıq münasibətlərini bitiriblər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gözlənilmədən sevgili olduqları ilə gündəmi zəbt edən ikili bir müddət ayrı qalmaq qərarına gəliblər.

"Onların münasibəti bir qədər sakitləşib. Onların ayrılma səbəbi bir-birindən uzaqlaşmaq istəməkləri deyil, sadəcə hər iki ulduzun qrafiki çox gərgindir" deyə, cütlüyə yaxın mənbə bildirib.

Digər iddialara görə isə, onların münasibəti onsuz da ciddi deyilmiş. Hər iki ulduz sadəcə əylənmək üçün birgə vaxt keçirirdilər.

Qeyd edək ki, bir müddət əvvəl Dreyk Cey Loya 100 min dollarlıq platin boyunbağı hədiyyə etmişdi. Cennifer də sevgilisini uşaqları ilə tanış etmişdi.

Xatırladaq ki, Dreyk Lopezdən əvvəl uzun müddət Rihanna ilə sevgili olmuşdu.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=66327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR