ABŞ-ın Nyu-York ştatındakı Kuins bələdiyyəsinin sakinləri polisə zəng vuraraq küçədə buğanın dolaşdığını deyiblər.
Milli.Az CBS New York-a istinadən bildirir ki, Yamayka küçəsinə yollanmış polislər buğanı tutmağa çalışsalar da bir nəticə hasil olmayıb.
Buğa qaçıb. Bu davarı bir neçə polis maşınında onlarla polis tutmağa çalışıb. Daha sonra "qaçdı-tutdu"ya yeni polislər qatılıblar və inək küçələrdə qaçmağa başlayıb.
Bir qədər keçəndən sonra buğanın tutulması əməliyyatını media translyasiya etməyə başlayıb.
SBnation polisə sataşıb: "İnəyin şəhərdəki həyətlərə necə girdiyi bilinmir. Amma ola bilər ki, bu buğa böyük üsyanın başlanğıcıdır. İnəyə əhsən! Onu dəstəkləyir, qətiyyətini, cəsarətini və inadını alqışlayırıq".
Epik qaçdı-tutdunu NBC-nin məşhur reportyoru Bred Caffi bütünlüklə translyasiya edib.
O, Twitter-dəki mikrobloqunda yazıb: "Buğa qaçdı! Polis onu təqib edir. Qaç, buğa, qaç!"
!!!!!!!!!!!! The cow made a run for it! It's now a police chase in Queens. Go cow go! pic.twitter.com/QPoXYEtmiQ
- Bradd Jaffy (@BraddJaffy) 21 февраля 2017 г.
NBC New York-un məlumatına görə, sonucda tutulan buğa "cow sanctuary"yə, yəni inək sığınacağına veriləcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin:




























