Məhəmməd Əlinin oğlu saxlanıldı: müsəlman olduğuna görə - FOTO

Məhəmməd Əlinin oğlu saxlanıldı: müsəlman olduğuna görə - FOTO
11:37 25 Fevral 2017
124 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya boksunun əfsanəsi, mərhum Məhəmməd Əlinin oğlu Məhəmməd Əli ABŞ-ın Florida ştatındakı Fort-Loderdeyl şəhərinin beynəlxalq hava limanında tutulub.

Milli.Az Miami New Times-a istinadən bildirir ki, insident Məhəmməd Əli anası Xəlila ilə birlikdə Yamaykadan qayıdandan sonra baş verib.

Məhəmməd Əlini hava limanında saxlayan Miqrasiya Xidmətinin əməkdaşları ona dini inancları ilə bağlı sual veriblər. Məhəmməd Əli müsəlmandır.

Sabiq federal prokuror və Əli ailəsinin dostu Kris Mançini deyib: "Əfsanəvi boksçunun oğlu heç bir qanun pozuntusuna yol verməyib və o, ABŞ vətəndaşıdır. Əminəm ki, bu biabırçı insident ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinin sərtləşdirilməsi barədə qanunu ilə bağlıdır. Rüsvayçılıqdır! Bu ölkədə insanlar dini mənsubiyyətlərinə görə təqiblərə məruz qalırlar".

Xəlila Əli saxlanılmayıb. O, Miqrasiya Xidmətinin əməkdaşlarına əri ilə fotosunu göstərib.

Amerikalı boksçu Məhəmməd Əli 2016-cı ilin iyunun 3-də 74 yaşında vəfat edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR