Miqrasiya Xidməti Məhəmməd Əlinin oğlunu saxladı

Miqrasiya Xidməti Məhəmməd Əlinin oğlunu saxladı
11:43 25 Fevral 2017
124 Dünya
Ölkə mətbuatı
A- A+

Miqrasiya Xidmətinin əməkdaşları dünya şöhrətli boksçu Məhəmməd Əlinin oğlu Florida hava limanında saxlanılıb.

Trend-in məlumatına görə, insident fevralın 7-də Məhəmməd Əli (oğul) anası Xəlilə Əli ilə Yamaykadan Floridaya gələrkən baş verib.

"Miami New Times" qəzeti yazır ki, məşhur boksçunun oğlu 2 saat saxlanılıb, dindirilmə zamanı ondan iki dəfə dini mənsubiyyəti soruşulub.

Ailənin üzvü və sabiq federal prokuror Kris Mançininin sözlərinə görə, Məhəmməd Əlinin (oğul) kriminal keçmişi yoxdur, o, ABŞ vətəndaşıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR