Məşhurların ətirlərinin sonu çatıb? - FOTO

Məşhurların ətirlərinin sonu çatıb? - FOTO
22:52 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Keçən həftə görüşdüyüm dostum Kerrie-dən gələn ətrin adını soruşdum.

"Britney Spears-ın Midnight Fantasy ətri," o cavab verdi.

Milli.Az BBC-yə istinadən bildirir ki, Britney-ni tanınmış pop ifaçısı kimi yüksək qiymətləndirirəm, lakin belə bir ətrin müğənni adını daşımasına təəccübləndim.

Yaxın keçmişdə ətirlər, Ralph Lauren kimi tanınmış və dəb dünyasının məşhur adları və ya Chanel kimi geyim markaları ilə bağlı olurdu.

Lakin, keçən onillikdə bazarda yüksək sürətlə artan məşhurların ətirlərini görmək mümkündür.

Necə? İki sözlə: Jennifer Lopez

Jennifer Lopez

"Glow hər şeyi dəyişdi," New York Times-n keçmiş ətir tənqidçisi və mövzu üzrə bir neçə kitab müəllifi Chandler Burr deyir.

O, Lopez-in 2002-ci ildə istehsal olunan ilk ətrini tendensiyanın başlanğıcı kimi qiymətləndirir.

"Elizabeth Taylor bunu edən ilk şəxs olsa da, Glow, hər şeyi dəyişdirdi," o söyləyir.

Birdən-birə hər kəsin öz ətri yaranmağa başladı. Ən maraqlısı isə, bunlar, sürətlə satılırdı.

"Ətirlərdə məşhurların imzası və onların azarkeşlərinin bu ətirləri almağa meylli olması böyük markaları narahat edir," The Perfume Shop şəbəkəsinin icraedici direktoru Gill Smith deyir.

O, bəzi mağazalarda ən çox satılan ətirlər kimi Beyonce və Ariana Grande-n məhsullarını misal çəkir.

Gigi Hadid and Kendall Jenner

Bəs, məşhurların ətirlərinə müraciət nədəndir: "Şəxsiyyət və yaxınlıq," Burr düşünür.

"Qoxu, ulduza çatan asan bir əldir. Məşhurun onun yaradılmasında iştirakını düşünmək, ulduzun şəxsi qoxusunu çatdırır və yaxınlıq yaradır. Bu, onlarla görüşmək anlamına gəlir bəlkə də."

Ətirlərdə məşhurun şəkli də əks olunur və onların əsas tamaşaçısı üçün nəzərdə tutulur (gənclərin dinlədiyi məşhurların ətirlərinin şirin qoxular olmasını da buna bağlamaq lazımdır).

Smith deyir: "Sevimli məşhurumuzla bənzəmək üçün ətrin bir yol olduğuna hələ də inanırıq."

Ətirlər

Bir şeyi etiraf etmək üçün yəqin ki, yaxşı məqamdır. Və başlamamışdan qabaq deyim ki, bu, fəxr etdiyim bir məqam deyil.

2014-cü ilin avqust ayı idi. İspaniyada tətilə getmişdim və qayıdarkən Barselona Aeroportunun duty free hissəsində idim.

Erkən saatlar idi, darıxırdım və son avrolarımı xərcləmək istəyirdim. Buna görə də müxtəlif taraş sonrası odekolonlar satılan vitrinlər qarşısında gəzişirdim və birinin iyi məni cəlb etdi.

Şüşəyə baxdım və təəccübləndim. Üzərində Antonio Banderas-dan The Secret yazılmışdı.

Onu aldım və sonra dostlarım Antonio Banderas-n The Secret adlı ətrinə verdiyim pula görə mənə istehza etdilər.

Amma, anladım ki, əgər bir ətrin yaxşı qoxusu varsa, o satılacaq.

Britney Spears və Antonio Banderas

Öz adları ilə ətir istehsal etmək istəməyən məşhurlar, tanınmış firmanın üzü olaraq da böyük təsir yaradırlar.

"Johnny Depp, Dior Sauvage ətrinin simasıdır və buna görə də ətrə maraq böyük olub," Smith deyir. "Buraxılışından 18 ay keçməsinə baxmayaraq, hələ də hər gün ən çox satdığımız 10 ətir arasındadır."

"Yaxınlarda Guerlain-in Angelina Jolie ilə işbirliyi edəcəyi xəbəri, bu tanınmış markaya olan marağı daha da artırıb," o əlavə edir.

Məşhurların ətirləri ilə bağlı damğa ötən bir neçə il ərzində zəifləməyə başladığı kimi, artıq satışlar da azalır.

Satışlar, ABŞ-da bir neçə ilə qabaq zəifləməyə başlayıb.

Ətirlər

"Biz bunu 2008-ci ildə gördük və bu ABŞ sənayesində məşhur bazarının çökdüyü və ya çox azaldığı deyilir," Burr izah edir.

"Rihanna və bir neçə başqalarının ətirləri yaxşı satılsa da, əvvəlki kimi deyil."

Britaniyadakı istehlakçılar da onlardan yan keçirlər.

Bazar tədqiqatı qrupu National Purchase Diary (Milli Alış Gündəliyi) tərəfindən göstərilən rəqəmlər, ötən il məşhurların ətirlərinin satışının Britaniyada 22% aşağı düşdüyünü üzə çıxarıb.

Lakin, ətir bazarının 1.4% artdığı görünür. Bu, insanların ətir almadığı yox, məşhurların ətirlərini seçmədiyi mənasına gəlir.

Prada, Chanel və Dior kimi geyim markalarının ətir satışları ötən il 6% artıb.

One Direction

"Məşhurların ətirlərinin satışının azalması keçən iki il ərzində başlayıb və bu görməyə alışdığımız bir şey deyil," NPD-in UK Beauty üzrə baş mühasibi Teresa Fisher deyir.

Azalma, az istehsal ilə bağlı ola bilər, deyə o qeyd edir.

"Bazarın bir neçə il qabaq sağlam olması çox istehsal ilə bağlı idi," Fisher bildirir.

Rihanna və Alesha Dixon

Rəflərdə daha az məşhur ətirləri görsək də, Smith bazarın hələ də güclü olduğunu deyir.

"Bu, məşhur ətirlərinin sonu demək deyil, onlara bazarda hələ də yer olduğuna inanırıq," o söyləyir.

"Əgər qoxu yaxşıdırsa, müştərilər məşhurların ətirlərini seçəcəklər."

Yaxşı qoxu, təbii ki, ən mühümü budur.

New York Times-da ətir tənqidçisi olan zaman Burr, Britney-in Midnight Fantasy ətrinə 4 ulduz vermişdi.

O, Sarah Jessica Parker-in Lovely ətrini məşhurların ətirləri arasında ən yaxşılardan biri sayır və hazırda You or Someone Like You adlı öz ətri üzərində işləyir.

Ətirlər

Fisher deyir: "Düşünürəm ki, gördüyümüz, ətir bazarının qütbləşməsidir."

"Bir yandan alıcılar, münasib qiymət axtarır, buna görə də kampaniya və məşhurların ətirlərindən yararlanırlar. Digər yandan isə onlar, daha seçici olurlar."

"İldə eyni şeyi 10 dəfə almaqdansa, 5 dəfə almağa üstünlük verirlər. Eyni məbləğə onlar daha qalıcı və prestij təkilifləri dəyərləndirilər."

Lakin, satışlar indiki sürətlə davam edərsə, piştaxtalarda daha az məşhur siması görəcəyik.

Gələn doğum gününüzə Justun Bieber-dənsə Jean Paul Gaultier şüşəsi gözləməyə dəyər.

Məşhurların ətirləri: Qısa tarix

Sophia Loren və Elizabeth Taylor

  • Audrey Hepburn və Joan Crawford? Givenchy və Estee Lauder üçün ətir simaları olublar, Catherine Deneuve isə 1970-ci illərdə Chanel no 5-in üzü idi.
  • Sophia Lauren öz ətrini istehsal edən ilk məşhurlardan biri olub - 1981-ci ildə Sophia by Coty ətri ilə.
  • Elizabeth Taylor sonralar öz ətir kolleksiyasını buraxıb və onun 1991-ci il White Diamonds ətri, bütün dövrlərin ən çox satılan məşhur ətri seçilib.
  • Lakin Jennifer Lopez-in 2006-cı ildə istehsal etdirdiyi Glow, tendensiyanın yenidən başlanması üçün bir addım olub.
  • Tendensiya yolunu Britaniyaya da salıb, belə ki, David Beckham, Alesha Dixon, Little Mix və Tulisa kimi məşhurlar öz ətirlərini istehsal etməyə başlayıblar.
  • 2016-cı ildə məşhurların ətirləri prestij ətir bazarının 4 faizini təşkil edib. Boss və Armani kimi tanınmış markalar bazarın 53 faizini, qalan hissəni isə Chanel və Prada kimi geyim brendləri tutub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR