"Yardım etmək üçün varlı olmaq lazım deyil" - FOTO

"Yardım etmək üçün varlı olmaq lazım deyil" - FOTO
21:52 1 Mart 2017
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müğənni Rihanna Harvard Universiteti tərəfindən "İlin filantropu" (ehtiyacı olanlara müxtəlif yollarla kömək edən insanlara deyilir - red.) mükafatına layiq görülüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dünən mükafat barbadoslu ifaçıya təqdim edilib. 29 yaşlı sənətçi Karib adalarında təhsil və səhiyyənin inkişafındakı xidmətlərinə görə təltif edilib. Lakin bu, Rihannanın ilk xeyriyyəçiliyi deyil.

Gecədə mükafatı alarkən o, "Artıq mən də Harvard üzvüyəm" deyərək zarafat edib.

Rihanna nitqində qeyd edib ki, uşaqlıqdan bəri onun arzusu insanlara kömək etmək olub:

"Uşaq vaxtı əlimdəki 25 senti saxlayırdım ki, Afrikadakı uşaqlara bunlardan yığmaq lazımdır. Yorulmadan özüm üçün təkrarlayırdım ki, böyüyüb varlananda dünyadakı bütün uşaqları mütləq xilas edəcəyəm. Bu imkana sahib olacağıma heç vaxt şübhə etməmişəm

İnsanlara yardım zamanı bunu təmənnasız edin.Heç vaxt qarşılığında nəsə gözləməyin. Dəstək göstərmək üçün varlı olmaq vacib deyil. Yaxşılıq üçün ən kiçik nədənsə başlayın. Məsələn, qonşunuza yardım edin".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR