Türkiyə millisinin baş məşqçisi Fatih Terim Florensiya şəhərinə səfər edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis 2000/01 mövsümündə çalışdırdığı "Fiorentina"nın 90 illik yubileyi münasibətilə təşkil oluan tədbirlərə qatılıb. Onu klubun 63 yaşlı meneceri Cankarlo Antoqnoni qarşılayıb. Fatih Terim yerli medianın suallarına italyanca cavab verib. Terim "Fiorentina"nın "Cagliari" ilə oynayacağı oyunda Klaudio Ranyeri ilə birlikdə tribunada olacaq.

Milli.Az