Ukraynanın əlil müğənni Yuliya Samoylova “Eurovision” müsabiqəsinə buraxmamasına rusiyalı ulduzlar münaibət bildirib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Filip Kirkorov, Yana Rudokovski və digər məşhurlar baş verənlərə sərt reaksiya verib.

Ukrayna Təhlükəsizlik Xidməti Aparatının rəhbəri Aleksandr Tkaçuk keçirdiyi mətbuat konfransında bildirib ki, Y. Samoylovanın Ukrayna ərazisinə girişinin qadağan edilməsi barədə sənəd hazırlanıb. Bu səbəbdən də 27 yaşlı artist Kiyevdə keçirilən beynəlxalq mahnı müsabiqəsində iştirak edə bilməz.

Филипп Киркоров

Bu xəbər beynəlxalq müsabiqənin təşkilat komitəsini, siyasi xadimləri və şou-biznes dünyasından bir çox tanınmış şəxsləri də məyus edib. Filipp Kirkorov, Ukraynanın bu qərarını belə şərh edib:

“Bir artist və prodüser kimi Ukrayna Təhlükəsizlik Xidmətinin qərarından şoka düşdüm. Müxtəlif ölkələrin sakinlərini birləşdirən "Eurovision" müsabiqəsi II Dünya müharibəsindən sonra keçirilməyə başlayıb. Müsabiqənin təşkilatçıları kimi xüsusi şüara indi əməl etmirlər. Bu, Avropa yayım ittifaqı qarşısında həlledilməli olan duran başlıca problemdir. Əgər onlar bunu həll edə bilməsələr, mən qəti əminəm ki, Rusiya məsul şəxslərin bu qərarın yararsız olması barədə elan etməyənə qədər müsabiqədə iştirakdan imtina etməlidir”.

Яна Рудковская

Dima Bilanın 2008-ci ildə qalib gəlməsinə yardım edən prodüser Yana Rudkovskaya Yuliya Samoylova ətrafında yaranmış vəziyyətə biganə qalmayıb. Onun sözlərinə görə, Rusiyanın insan hüquqları məhkəməsinə müraciət etməsi lazımdır:

“Hesab edirəm ki, bu özbaşınalığı edəni cəzasız qoymaq olmaz. Əgər Rusiya iştirak etməsə, onda "Birinci kanal" "Eurovision"un yayımı kəsəcək. Çünki belə olan halda bu, heç kimə lazım olmayacaq. Onlar ölkəmizin bu müsabiqəni hər il təmin etdiyi reytinq və böyük auditoriyadan məhrum olacaqlar”.

Prodüser İqor Matviyenkonun fikrincə, "Eurovision" təşkilatçıları vəziyyətə müdaxilə etməlidir:

“Bu müsabiqə siyasətçilər yığımı deyil, musiqiçilərdir və onların iki ölkə arasında baş verənlərə heç bir aidiyyəti yoxdur. Əgər qərar dəyişməsə, onda Rusiya iştirakdan imtina etməlidir”.

Dövlət Dumasında Ukraynanın qərarını nankorluq adlandırıblar, amma XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova olanları "Avropa birliyi üçün həqiqət anı" , - deyə şərh edib.

Deputat Vladimir Jirinovski artsitin Ukraynaya girişinin qadağan olunmasını və milli ayrı-seçkiliyi açıq-aşkar əsl nasizm hedab edib.

Владимир Жириновский

Siyasətçi Vitali Milonov feysbuk səhifəsində hadisəyə daha kəskin şəkildə münasibət bildirib:

“ "Eurovision"la biz şeytanın qaydalarına görə oynamalı olduq. Qoy kütlər başqa küçədə oxusunlar”.

Dünya mətbuatında olay yaradan xəbəri Yuliya Samoylova özü isə belə şərh edib:

“Bütün bunları kənardan müşahidə etmək çox gülüncdür, çünki mən başa düşmürəm ki, onlar məndə nə görüb. Mənim kimi bir balaca qızda hər hansı bir təhlükə gördülər? Ümumilikdə çox üzülmürəm, amma nədənsə elə düşünürəm ki, hər şey dəyişəcək”.

Aytən

Ukraynanın Rusiyaya “Eurovision” ZƏRBƏSİNƏ məşhurlardan və siyasətçilərdən REAKSİYA
Ukraynanın Rusiyaya “Eurovision” ZƏRBƏSİNƏ məşhurlardan və siyasətçilərdən REAKSİYA