Futbolçunun 20 illik həyat yoldaşı etiraf etdi: “Devid mənə...” - FOTOLAR

Futbolçunun 20 illik həyat yoldaşı etiraf etdi: “Devid mənə...” - FOTOLAR
17:13 7 Aprel 2017
198 Şou
Ölkə mətbuatı
A- A+

42 yaşlı Viktoriya Bekhem Britaniyanın “Elle” jurnalının yeni nömrəsinin qəhrəmanı olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, modelyer fotosessiyaya çəkilib və kiçik müsahibə verib. Əlbəttə ki, söhbət Viktoriyanın moda və ailə həyatı üzərində qurulub. Viktoriya etiraf edib ki, gərgin iş qrafikindən dolayı həyat yoldaşı Devid ilə ünsiyyətə qurmağa vaxtı olmur, buna baxmayaraq prioritetləri düzgün qurmağa çalışırlar.

“Moda Həftəsi zamanı mən işləyirəm, uşaqlar isə Nyu-Yorkda Devidlə qalır. Təşkilati məsələlərlə məşğul olduğum zaman Devid uşaqların öhdəsindən əla gəlir, onları muzeylərə aparır, əyləndirir. Ailə həyatımız belə qurulub. Bəzən bütün öhdəliklər sənin üzərinə düşür, bəzən isə qarşı tərəflə vəzifələri dəyişirsiniz. Ailədə yaxşı tərəf müqabilləri belə edir, biz isə yaxşı tərəfdaşıq.

Devid ilə mən biz bir-birimizin karyerasına hörmətlə yanaşırıq, hər ikimiz böyük bizneslə məşğul oluruq, hər ikimiz daim məşğuluq. Amma biz vaxtında telefonla əlaqə saxlaya bilirik. Bu, vacibdir”.

Məlumat üçün bildirək ki, Devid və Viktoriya Bekhem bu il tanış olmalarının 20 illiyi qeyd edəcək. Cütlüyün toyu 1997-ci ilin iyul ayında keçirilib. Onların bu nikahdan 3 oğlu və bir qızı var. Viktoriya illərdir ki, məhəbbətini etiraf etməkdən yorulmur və Devid də ona eyni cavabı verir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/194173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR