2 dünya müharibəsi, ilk avtomobil, ilk təyyarəni görən adam…

2 dünya müharibəsi, ilk avtomobil, ilk təyyarəni görən adam…
20:43 19 Aprel 2017
933 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyalı Emma Moranonun vəfat etməsindən sonra hazırda dünyanın ən yaşlı sakini Yamaykadan olan 117 yaşlı Violet Mosse Brovndur.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Emma Morano ötən həftə dünyasını dəyişib.

1900-cı il martın 10-da Yamaykada doğulan Violet Mosse Brovn bəyan edib ki, bu günə qədər spirtli içki qəbul etməyib.

Yaddaşının güclü olduğunu qeyd edən Violet Mosse Brovnun sözlərinə görə, ilk avtomobilin bazara çıxarılması, Yamaykaya ilk dəfə təyyarənin gəlişi, Birinci və İkinci Dünya müharibələrinin şahidi olub.

Ötən həftə vəfat edən Emma Morano1899-cu ildə Rayt qardaşlarının ilk uçuşunu həyata keçirməsindən dörd il əvvəl doğulub. Xanım Morano 3 əsr görüb, 2 dünya müharibəsi, 90-dan çox İtaliya hökumətinə şahidlik edib. Moranonun ilk sevgilisi I Dünya Müharibəsində ölüb, ikinci həyat yoldaşından isə II Dünya müharibəsi ərəfəsində ayrılıb.

Xanım Morano son dəfə mətbuata açıqlamasında deyib ki, hər gün iki yumurta yeyir və uzunömürlü olmasının sirri bundadır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/195709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR