Məşhur aviaşirkətdə qalmaqal: sərnişinin əl-ayağı bağladılar - VİDEO - FOTO

Məşhur aviaşirkətdə qalmaqal: sərnişinin əl-ayağı bağladılar - VİDEO - FOTO
13:27 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Britaniyanın "British Airways" aviaşirəti ilə bağlı böyük qalmaqal yaşanır.

Aviaşirkətin Londondan Yamaykanın paytaxtı Kinqstona uçan reysindəki təyyarəsində iki sərnişin dava salıblar. "British Airways"in rəsmi açıqlamasında belə deyilir.

Milli.Az The Guardian-a istinadən bildirilir ki, açıqlamaya görə, aprelin 26-da London-Kinqston reysi ilə uçan Boeing 777  təyyarəsi Portuqaliya ərazisi olan Azor arxipelaqındakı Terşeyra adasındakı limana məcburi eniş edib. Bu adada Portuqaliya Hərbi-Hava Qüvvələrinin aviabazası var.

"Enişin səbəbi iki sərnişinin qeyri-adekvat davranışı olub. Onlar ekonom-klassa bilet alsalar da, biznes-klasda yer ayrılmasını istəyiblər. Sərnişinlər uçuşun təhlükəsizliyi üçün təhdid yaratdıqlarından təyyarə məcburi eniş edib. Təyyarədən endirilmiş Britaniya vətəndaşları adadan Britaniyaya özləri qayıtmalıdır. Onlara heç bir təzminat ödənməyəcək", - açıqlamada deyilir.

Aviabazada təyyarəni təhlükəsizlik xidmətinin əməkdaşları qarşılayıblar. Sərnişinlər Portuqaliya polisinə təhvil verilib, təyyarə isə Londondakı Qetvik hava limanına qayıdıb.

Həmin sərnişinlərdən biri London sakini, 65 yaşlı Kvame Bantudur. Əslən Yamaykadan olan Bantu Kinqtsona ailə üzvləri və qohumları ilə görüşə yollanırdı.

Xərçəng xəstəsi olan Bantu 14 saatlıq uçuşda olarkən onun ayaqları qəflətən şişib. Biznes-klasa keçərək ayaqlarının şişindən stüardessaya şikayətlənən Bantu çox aqressiv davranışla qarşılaşdığını deyib.

"Orada məni 6 nəfər yerə yıxdılar, sonra əl-ayağımı bağlayıb geri qaytardılar. Yerimə oturdulandan sonra ayağımı iplə oturacağa bağladılar. Biznes-klasdan yer istəməmişəm, yalan deyirlər. Sadəcə, ayaqlarımın şişdiyini dedim, kömək istədim. Bunun müqabilində mənimlə kölə kimi davrandılar, aşağıladılar", - Bantu deyib.

Bantu ilə birlikdən endirilən digər sərnişin isə iş adamı, Yorkşir şəhərində yaşayan xanım Coy Stounidir.

Stouninin cəzalandırılmasının səbəbi onun Bantuya yardım etmək istəyi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur aviaşirkətdə qalmaqal: sərnişin əl-ayağı bağladılar	- 1

Məşhur aviaşirkətdə qalmaqal: sərnişin əl-ayağı bağladılar


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR