Arda Turan Türkiyə yığmasından uzaqlaşdırıldı

Arda Turan Türkiyə yığmasından uzaqlaşdırıldı
16:53 6 İyun 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə yığmasının kapitanı Arda Turan komandadan uzaqlaşdırılıb. Buna səbəb ulduz futbolçunun jurnalist Bilal Meşeni döyməyə cəhd etməsi olub.

Belə ki, Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə qəzet işçisini vurmağa çalışan 30 yaşlı oyunçu onun ünvanına təhqiramiz ifadələr işlədib. Bu hadisə ilə bağlı Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən və baş məşqçi Fatih Terim arasında görüş keçirilib. Bunun ardından Terim kapitanın heyətdən çıxarıldığını açıqlayıb. Futbolçu da əşyalarını toplayaraq düşərgəni tərk edib.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 11-də Kosovo ilə səfərdə üz-üzə gələcək. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/201564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR