İbrahimoviçin yeni klubu məlum oldu

Zlatan İbrahimoviç "Mançester Yunayted"dən ayrılır.

Metbuat.az bildirir ki, isveçli ulduz ABŞ-a köçür.

İddiaya görə, İbrahimoviç artıq "Los Anceles Qalaksi" ilə anlaşıb. Bildirilir ki, futbolçu yaxın günlərdə Kaliforniyaya gedərək müalicəsini davam etdirəcək və mart ayında başlayacaq MLS-ə qədər hazır olacaq.

Qeyd edək ki, İbrahimoviç bir müddət əvvəl verdiyi açıqlamaların birində ABŞ-da oynaya biləcəyini etiraf etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR