Ötən ilin noyabrında da “Borussiya”nın bir neçə məşq prosesində iştirak etmiş 8 qat olimpiya çempionu bildirib ki, hər şey məşqlərin gedişindən asılıdır: “Görək, işlər necə gedəcək. Yaxşı olsa, oynamaq istədiyimi söyləyəcəyəm. Əks halda, susacağam”.
Qeyd edək ki, Useyn Bolt Pekin-2008, London-2012 və Rio-2016 olimpiadalarında 3 növdə 9 medal əldə edib. Lakin bu il yanvarın 25-də Beynəlxalq Olimpiya Komitəsi yamaykalını Pekində 4X100 metr məsafəyə estafet qaçışında qazandığı qızıl medaldan məhrum edib. Səbəb onunla birgə qaçan komanda yoldaşı Nesta Karterin dopinq-testinin təkrar analizi nəticəsində orqanizmindən istifadəsi qadağan olunmuş turinabol anabolik steroidinin tapılmasıdır. Bolt həm də 11 qat dünya çempionu və hazırda 100 m (9.58 saniyə) və 200 m (19.19 saniyə) məsafələrə qaçışların rekordçusudur.